• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürdü

CƏMİYYƏT

30 Noyabr 2022 | 15:05

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürdü

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Palatasının iclasında qərar qəbul edilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 26-na təyin edilmiş iclasında baxılacaq.


SON XƏBƏRLƏR