• Bakı 17° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Konstitusiyamız işlək mexanizmə sahibdir - AÇIQLAMA

SİYASƏT

12 Noyabr 2025 | 13:24

Konstitusiyamız işlək mexanizmə sahibdir - AÇIQLAMA

12 noyabr Azərbaycan Respublikasında Konstitusiya Günü kimi qeyd olunur.

Bakıvaxtı.az xatırladır ki, 1995-ci ilin məhz bu günündə xalqımız müstəqil dövlətin ilk əsas qanununu qəbul edərək, ölkənin siyasi, hüquqi və demokratik inkişaf istiqamətini müəyyənləşdirdi. Konstitusiya yalnız dövlət idarəçiliyinin hüquqi bazasını deyil, eyni zamanda vətəndaşların hüquq və azadlıqlarını təmin edən ali sənəddir. Bu gün dövlətin və cəmiyyətin bütün sahələrində aparılan islahatlar da məhz həmin bünövrə üzərində formalaşır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Konstitusiya dövlətin və cəmiyyətin idarə olunması üçün istinad edilən ana maddələr külliyatıdır:

"Müasir konstitusiyaların böyük əksəriyyəti dövlətin əsas prinsiplərini, hökumətin strukturlarını və proseslərini, eləcə də vətəndaşların adi qanunvericilik aktı ilə birtərəfli şəkildə dəyişdirilə bilməyən ali qanunda əsas hüquqlarını təsvir edir. Azərbaycan Konsitusiyası da özündə bu ali dəyərləri ehtiva edən ən ali qanunumuzdur. Bu önəmi zamanında dərk edən xalqımız müstəqillik qurulandan dərhal sonra idarəçilikdə istinad etmək üçün əsas olan Konstitusiya axtarışında olsa da, ölkədə davam edən böhran, anarxiya səbəbi ilə bu idarəçilik çərçivəsinə və mexanizmində yiyələnə bilməmişdir. Belə bir məqamda ümidini Ümummilli Lider Heydər Əliyevə bağlayan, məhz ona pənah gətirən xalqımız bu dahi şəxsiyyəti ikinci dəfə təkidli tələblə özünə aparıcı qüvvə kimi müəyyənləşdirdi. Belə bir çətin dövrü dərk edən, xalqının etimadını yüksək dəyərləndirən Ulu öndər Azərbaycan Konstitusiyasının hazırlanması istiqamətində dərhal işlərə başladı. Dərin dövlət adamı olan bu dahi şəxsiyyət aydın dərk edirdi ki, qanunu ali dəyər olaraq müəyyənləşdirmədən dövlətin və cəmiyyətin nizamını bərpa etmək, tənzimləmək mümkün olmayacaq. Bilavasitə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Konstitusiyası işlənib-hazırlandı və bütün ölkə boyu işlək mexanizmə, istinad edilməli olan yeganə maddələr toplusuna çevrildi".

Şəbnəm Həsənova, politoloq

Müsahibimiz qeyd edib ki, Azərbaycan Konstitusiyası məzmun və təbiət etibarilə dövlətdəki hər kəs üçün məcburi olan imperativ qanundur. Burada hökumət institutlarının strukturu və fəaliyyəti, siyasi prinsiplər və vətəndaşların hüquqları ilə bağlı olduqca fundamental məsələlər öz əksini taplb.

Politoloq bildirib ki, Konstitusion quruluşa öz idarəsi, müstəqillik amali ilə nail olan xalqımız məhz milli iradəsi hesabına da ərazi bütövlüyü və suverenliyini təmin edə bilib:

“Yaratdığımız yeni reallıqlar işığında uzaqgörən liderimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etdi. Bu, zamanında, məqamında atılmış olduqca düzgün addım oldu. Məhz bu addım Azərbaycanın hüquqi dövlət idarəçiliyinə sadiqliyini bir daha ifadə edir. Ölkəmizdə yaşayan bütün xalqlar eyni hüquq və vəzifələrə sahib olarkən, həm də qurucu amallar uğrunda nəinki yaşamalı, həm də mübarizə aparmalıdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR