Son zamanlar ən çox rastladığımız xəstəliklərdən biri də böyrək xəstəlikləridir. Xüsusən böyrəyə soyuq olması nəticəsində ortaya çıxan narahatlıqlar çoxalıb.
Uroloq, Op.Dr. Anar Almasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, böyrək xəstəliklərinin əsas artma səbəbi xəstəliyi olan insanların profilaktik müayinələrdən vaxtında keçməməsidir: “Məsələn, daş xəstəliyi, şəkərli diabeti olanlar vaxtında müayinədən keçmir, prostat adenomu olanlar təyin olunmuş dərmanı öz başına kəsir. Sidik yollarının xroniki iltihabı xəstəliyi olanlar özbaşına və sxemsiz antibiotk qəbul edir. Bakteriyaların rezistentliyinin nəzərə alınması da, təbii ki, həkim olmadıqları üçün mümkün deyil”.
Müsahibimizə görə, xəstələr elə halda müraciət edirlər ki, artıq antibiotik seçimi limitli olur: “Bir də, bunu demək nə dərəcədə doğrudur, ya yox, bilmirəm, amma, xüsusən COVİD-19-dan sonra bu xəstəliklər, ümumilikdə xroniki xəstəliklər artıb. Bu fonda böyrək də digər xəstəliklərdən öz nəsibini alır”.

Anar Almasov, Uroloq, Op.Dr.
Həkim bildirib ki, təkcə koronavirusun yox, ona qarşı vurulan vaksinlərin də bu məsələdə məsum olmadığını qeyd edilməlidir: “Hansı mexanizmlə təsir etdiyini dəqiq deyə bilmərəm, ancaq artma istiqamətində bir tendensiya var”.
A.Almasovun sözlərinə görə, böyrək xəstəliyi, soyuqdəymə periferik ödem verə bilir, amma bütün ayaqda olan şişlər böyrək mənşəli olmur.
Aytac Aslan
















