• Bakı 18° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Kosovalı futbolçular pankartlara etiraz etdi, matç dayandı - VİDEO

İDMAN

10 Sentyabr 2024 | 12:05

Kosovalı futbolçular pankartlara etiraz etdi, matç dayandı - VİDEO

Ötən gün UEFA Millətlər Liqasının ikinci turunda keçirilən Kipr - Kosova matçında qalmaqallı hadisə yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb yerli azarkeşlərin açdığı pankartlar olub.

Həmin pankartlarda bu sözlər yazılıb:  “Kosovo Serbiyadır”, “Kipr yunandır”.

Kosovalı futbolçu Vedat Muriç və digər oyunçular rəqib azarkeşlərin bu hərəkətinə etiraz bildirərək meydançadan çıxmaq istəyiblər. 

Onlar pankartlar yığışdırılandan sonra oyuna davam ediblər.

Qeyd edək ki, matç Kosovanın 4:0 hesablı qələbəsi ilə bitib. 


SON XƏBƏRLƏR

28 Oktyabr 2025