• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

"Kosovonun Avropa Şurasına üzvlüyünün qarşısını alacağıq" - Serbiya prezidenti

SİYASƏT

30 Aprel 2024 | 11:21

Kosovonun Avropa Şurasına üzvlüyünün qarşısını alacağıq - Serbiya prezidenti

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun Avropa Şurasına tamhüquqlu üzv olmasına mane olacaq.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bununla bağlı A. Vuçiç Kosovonun Avropa Şurasına tam üzvlük prosesi və "11 İyul Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü" ilə bağlı qətnamə layihəsi ilə bağlı açıqlama verib. 

O, açıqlamasında bu məsələnin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında müzakirə edilməsinin planlaşdırıldığını qeyd edib.

"Kosovonun Avropa Şurasına tamhüquqlu üzv olmaması üçün əlimizdən gələni edəcəyik və bununla fəxr edirəm". - deyə Serbiya prezindenti bildirib. 

Qeyd edək ki, 2008-ci ildə Serbiyadan birtərəfli müstəqilliyini elan edən Kosovo Rusiyanın Şura üzvlüyündən çıxarılıb. Daha sonra Kosovo 2022-ci il mayın 12-də Avropa Şurasına üzv olmaq üçün rəsmi müraciət edib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprelin 16-da Kosovonun Şuraya tamhüquqlu üzv kimi qəbul edilməsini tövsiyə edən hesabatı "ilkin şərt olmadan" təsdiqləyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 May 2024