• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan və Türkiyə ordularının Baş Qərargah rəisləri görüşdü

SİYASƏT

29 May 2024 | 19:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Türkiyə ordularının Baş Qərargah rəisləri görüşdü

“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR