• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Kreml Çin bankları ilə bağlı çətinlikləri dəyərləndirib

İQTİSADİYYAT

29 Avqust 2024 | 14:44

Kreml Çin bankları ilə bağlı çətinlikləri dəyərləndirib

"Rusiya ilə Çin arasında beynəlxalq ödənişlərlə bağlı çətinliklər var, lakin ölkələr arasında münasibətlər çətinlikləri həll etməyə imkan verir". 

Bakıvaxtı.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kreml rəsmisi Dmitri Peskov deyib.

O, bildirib ki, Rusiyanın Çinlə kifayət qədər konstruktiv və tərəfdaşlıq münasibətləri var:

"Bizim kifayət qədər böyük həcmdə iqtisadi əlaqələrimiz var. Münasibətlərimizin tərəfdaşlıq ruhu bizə cari problemləri çox konstruktiv şəkildə müzakirə və həll etməyə imkan verir".

Qeyd edək ki, Çində Rusiya ödənişləri ilə bağlı problemlər altı aydan çoxdur davam edir. Bu çətinliklər Qərbin sanksiyalarının sərtləşdirilməsi, o cümlədən ABŞ-nin Rusiya ilə iş aparan banklara ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdidlər fonunda baş verib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024