• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Kremldən saxlanılan etirazçıların orduya çağırılmasına - MÜNASİBƏT

DÜNYA

22 Sentyabr 2022 | 16:30

Kremldən saxlanılan etirazçıların orduya çağırılmasına - MÜNASİBƏT

“Rusiyada səfərbərliyə qarşı razılaşdırılmamış aksiyalarda saxlanılan vətəndaşlara çağırış vərəqələrinin verilməsi qanuna zidd deyil”.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu səbəbdən də, burada sözügedən şəxslərin hüquqlarının pozulmasına yol verilməyib”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, sentyabrın 21-i Rusiyanın bir neçə şəhərində qismən səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb. Rusiya mediası bu gün Moskva və Voronej şəhərlərində keçirilən aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələrinin verildiyini yazıb. 


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025