• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qafandakı konsulluq “maneələrə” qarşıdır

DÜNYA

22 Oktyabr 2022 | 15:40

Qafandakı konsulluq “maneələrə” qarşıdır

İranla Ermənistan arasında ticarət dövriyyəsi perspektivdə 3 milyard dollara çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan parlamentinin spikeri Alen Simonyanla bu gün İrəvanda keçirdiyi görüşdə bildirib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Qafanda konsulluğun açılması ölkənin sərhəddə və ya Ermənistan vasitəsilə tranzit məsələsində maneələrə qarşı olması və regionun inkişafı üçün mühüm siqnaldır.

Tərəflər İranın Qafandakı konsulluğunun ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafına töhfə verəcəyini bəyan ediblər. Onlar iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması imkanlarından da danışıblar.

Hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 700 milyon dollara yaxındır. /Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026