İndoneziyada 5,6 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 44-ə çatıb.
Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Qeyd edək ki, zəlzələnin episentri Cakartadan təqribən 75 km cənub-şərqdə, Qərbi Yava adasının Cianjur şəhərində, ocağı isə 10 km dərinlikdə yerləşib.














