• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Zelenski ABŞ səfərinin məqsədini AÇIQLADI

DÜNYA

21 Dekabr 2022 | 10:34

Zelenski ABŞ səfərinin məqsədini AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edəcəyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.

Ağ Evin sözçüsü Karine Jean-Pierre yazılı açıqlamasında bildirib ki, ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya daimi bağlılığını vurğulamaq üçün Ukrayna prezidenti Zelenskini paytaxt Vaşinqtona dəvət edib.

Zelenskiy bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir.

“ABŞ rəhbərliyi ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - V.Zelenski vurğulayıb.

Qeyd edək ki, V.Zelenskinin ABŞ-a səfər edəcəyi barədə məlumat ötən gecə yayılıb. O, bu gün ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026