• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Serbiyada fövqəladə vəziyyət elan edildi

DÜNYA

20 Yanvar 2023 | 01:05 | Müəllif: Subhan Mahmudov

Serbiyada fövqəladə vəziyyət elan edildi

Güclü leysan yağışları səbəbindən Serbiyanın cənub bölgələrində fövqəladə vəziyyət elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, iki gündür davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar xüsusilə də Sancak bölgəsindəki Priyepolye, Novi Pazar və Syenitsa şəhərlərində fəsadlar törədib. Bölgədəki Trnaviça, Yosanitsa və Raska çayları daşıb. Trnaviça çayında yolun çökməsi nəticəsində iki nəfərin öldüyü bildirilir. Şəhər rəhbərliyi vətəndaşları çaylardan və potensial təhlükəli körpülərdən uzaq durmağa çağırıb.

Syenitsada isə evlər, məktəblər və iş yerləri daxil olmaqla 200-dən çox bina su altında qalıb. Lima çayında suyun səviyyəsinin saatda 7 santimetr artdığı bildirilib. Priyepolyedə kiçik çayların daşdığı bəzi ərazilərdə risk altında olan vətəndaşlar təxliyə olunub.

Rəsmilər yaxın günlərdə yağıntıların artacağı barədə xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026