• Bakı 8° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ-dan Ukraynaya daha bir hərbi yardım

DÜNYA

20 Yanvar 2023 | 09:54

ABŞ-dan Ukraynaya daha bir hərbi yardım

ABŞ administrasiyası ordu inventarından Ukraynaya 2,5 milyard dollarlıq əlavə hərbi yardım ediləcəyini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada yeni yardım paketi ilə rəhbərliyin 30-cu dəfə Amerika ordusunun inventarından Ukraynaya silah və texnika təmin etdiyini bildirib.

Sursat  paketə 20 min 155 mm top gülləsi, 600 dəqiq idarə olunan 155 mm top gülləsi, 11 800 120 mm minaatan mərmisi, 95 min 105 mm artilleriya mərmisi, 2000 zirehli deşici raket və mərmi daxildir.

Açıqlamada bildirilib ki, paketə 12 döyüş sursatı daşıyan maşın, 6 komanda maşını, 22 taktiki traktor, söküntü avadanlığı, gecəgörmə vasitələri və ehtiyat hissələri də daxildir.

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026