Rusiya paytaxtında hündürmərtəbəli binaların damlarında “Pantsir” zenit sistemləri quraşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, hətta sistemin Moskvada Müdafiə Nazirliyinin binasının damında quraşdırıldığı da görünüb.
Bəzi təsdiqlənməmiş məlumatlara görə, Rusiya paytaxtının başqa yerlərində də zenit sistemləri yerləşdirilib.
Qeyd edək ki, “Pantsir” zenit sistemi Rusiya qüvvələrinin texnikasında ən müasir silah növlərindən biri kimi tanınır.
Ay Tac



















