• Bakı 20° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Kremlə hücumu kim təşkil edib? - Zelenskidən AÇIQLAMA

DÜNYA

03 May 2023 | 21:23 | Müəllif: Subhan Mahmudov

Kremlə hücumu kim təşkil edib? - Zelenskidən AÇIQLAMA

Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dövləti silahdan öz ərazisini qorumaq üçün istifadə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında söyləyib.

"Mən bu mesajı təkrarlaya bilərəm, düşünürəm ki, bu, hamıya aydın olacaq: biz nə Putinə, nə də Moskvaya hücum etmirik", - Zelenski vurğulayıb.

V.Zelenski bildirib ki, Ukrayna öz ərazisini, kənd və şəhərlərini qoruyur. Eyni zamanda, Ukraynanın, hətta bu ehtiyaclar üçün kifayət qədər silahı yoxdur.

Qeyd edək ki, bu gün Rusiyada Ukraynanın dronların köməyi ilə Kremlə hücum edildiyinə dair ittihamlar səsləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR