• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

NATO-nun baş katibi bu tarixlərdə Türkiyəyə səfər edəcək

DÜNYA

02 Iyun 2023 | 20:15 | Müəllif: Subhan Mahmudov

NATO-nun baş katibi bu tarixlərdə Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək və yüksək səviyyəli danışıqlar aparmaq üçün iyunun 3-4-də Türkiyəyə gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, NATO-nun bəyanatına görə, Stoltenberq 3-4 iyun tarixlərində Ankaraya səfər edəcək.

İyunun 3-də prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq Stoltenberq Ərdoğanla yanaşı, yüksək səviyyəli türk rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Stoltenberq dünən verdiyi açıqlamada, İsveçin NATO-ya üzvlüyü ilə bağlı dialoqu Türkiyədə keçirilən seçkilərdən sonra yenidən başlamaq istədiyini və məsələni müzakirə etmək üçün Ankaraya səfər edəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026