• Bakı 16° C

    3.34 m/s

Salyanda dörd uşaq anası özünü Kürə atıb - YENİLƏNİB

HADİSƏ

19 Iyun 2021 | 23:05

Salyanda dörd uşaq anası özünü Kürə atıb - YENİLƏNİB

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının kənd ərazisindən keçən Akkauşa çayında (Bala Kür) boğulduğu ehtimal olunur.

Bakıvaxtı.az-ın məlumata görə, buna səbəb A. Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olmasıdır.

Bundan narahat olan qadının yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat veriblər.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Hazırda Akkuşa çayında axtarışlar davam etdirilir.

Qeyd edək ki, A. Bəndəliyeva ailəlidir, üç qızı, bir oğlu var.

***

Kür çayının Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızı batıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026