• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Göygöldə hərbçilər qəzaya DÜŞDÜ - 15 hərbçi yaralanıb

HADİSƏ

17 Iyul 2021 | 16:49

Göygöldə hərbçilər qəzaya DÜŞDÜ - 15 hərbçi yaralanıb

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Bakıvaxtı.az-a bildirib ki, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026