• Bakı 19° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kürə düşən şəxslər belə axtarılır - VİDEO

CƏMİYYƏT

06 Iyun 2024 | 16:37

Kürə düşən şəxslər belə axtarılır - VİDEO

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndindəki körpüdən Kür çayına düşən 3 nəfərin axtarışları davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, çayda batdığı ehtimal olunan şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarılır.

Bildirilir ki, Tovuz sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu,1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində maşında 4 nəfər olub. Onlardan biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026