• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kurort şəhəri yaxınlığında partlayış oldu

DÜNYA

28 Iyul 2023 | 13:38

Kurort şəhəri yaxınlığında partlayış oldu

İsrailin Qertsliya kurort şəhəri ətrafında Nof-Yam rayonunda partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ”Newsru.co.il” məlumat yayıb.

Bildirilib ki, hadisə yeri polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Partlayışdan sonra yanğın olub. Ərazi polis helikopterləri və PUA-larla nəzarət altına alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yayılmayıb. Hadisənin səbəbi hələ məlum deyil.

Məlumatlara əsasən, hadisə hərbi-sənaye kompleksinin mərkəzində baş verib.

Qertsliya İsrailin Təl-Əviv və Natanieyi şəhərlər arasında yerləşir.

Qeyd edək ki, bu il iyunun 22-də Şaron dairəsində İsrail Müdafiə Sənayesinin keçmiş zavodunda da güclü partlayış baş verib. Onda 10 metr dərinlikdə 20 metr diametrdə çuxur yaranmışdı. Bir müddət sonra məlum olmuşdu ki, köhnə yeraltı bunkerdə 3 ton partlayıcı maddə partlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026