• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

SİYASƏT

11 Sentyabr 2024 | 15:53

Köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.

Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

***

15:08

Laçına növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.

Bakıvaxtı.az verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Bununla da, Laçın şəhərində 570 ailə, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.

***

07:49

Respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb.

Fotolar Azərtac


SON XƏBƏRLƏR