• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiyanı məsələyə qoşmalıyıq: Yeni müharibə ehtimalı nə qədərdir?

SİYASƏT

11 Oktyabr 2024 | 15:40 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanı məsələyə qoşmalıyıq: Yeni müharibə ehtimalı nə qədərdir?

Ermənistan noyabrın 9-da (10 noyabr 2020-ci il üçtərəfli bəyanat – red.) imzaladığı sənəddən imzasını geri götürsə, bu, Azərbaycana hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquq verəcək və Azərbaycan bunu edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Alternativ layihələr" qrupunun üzvü, ekspert Vahe Ovannisyan bildirib.

Söhbət əsasən 9/10 noyabr bəyanatında Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz yolun təmin edilməsi ilə bağlı Ermənistanın götürdüyü öhdəlikdən gedir.

Azərbaycanla Ermənistan arasında yeni müharibənin baş verməsi ehtimalı nə qədərdir? Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməsə, regiona hansı təsirləri ola bilər?

Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan 10 noyabr 2020-ci il bəyanatından geri çəkilsə və ya Naxçıvana maneəsiz yolun açılması ilə bağlı öhdəliklərini yerinə yetirməsə, bu, dərhal müharibə ilə nəticələnəcək anlamına gəlmir.

Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan müharibənin dağıdıcı nəticələrini artıq görüb və hər iki ölkə üçün diplomatik yollar daha üstün seçim olmalıdır:

"Rusiya 10 noyabr bəyanatının təminatçılarından biri kimi, Ermənistanı öhdəliklərini yerinə yetirməyə sövq etdirməlidir. Biz bu yöndən addımlar ataraq Rusiyanı məsələyə qoşmalı, onu Ermənistana təziq kimi istifadə etməliyik. Çünki Ermənistanın öz öhdəliklərini və imzaladığı sənədləri heçə sayması, ilk növbədə, bu sənədə qarant duran ölkənin imicinə xələl gətirir. Bu, birbaşa Rusiya dövlətinin imicinə vurulan zərbədir. Nəticədə digər ölkələr də Rusiyanın qarant durduğu və vasitəçi kimi çıxış etdiyi məsələlərdə ona güvənməyəcəklər".

Müsabimiz hesab edir ki, Zəngəzurda baş verəcək müharibə Azərbaycan üçün çox ciddi problemlərə yol aça bilər. Bütün bu risklər nəzərə alınaraq, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərəkət etməsi və məsələni diplomatik yollarla həll etməyə çalışması daha məqsədəuyğundur.

Kamran Məmmədli: Ermənistan da, Azərbaycan da müharibənin dağıdıcı nəticələrini artıq görüb

Onun sözlərinə görə, Zəngəzur torpaqlar bizim ata-baba yurdumuz olsa da, müasir dünyada hələlik Ermənistan ərazisi olaraq tanınılır. Azərbaycanın həmin ərazilərdə atdığı hərbi addımlar BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən işğal aktı kimi qələmə verə bilərlər. Bu isə Azərbaycanın beynəlxalq arenada ciddi çətinliklərlə üzləşməsinə səbəb olar.

“Eyni zamanda İran faktorunu da unutmayaq. İran dəfələrlə Zəngəzur məsələsini özlərinin qırmızı xətti sayıb və oranın açılmasını özünə təhdid hesab edir. Hətta İrandaki bəzi radikal fikirli siyasətçilər bunu İsrail planı olaraq görür. İranın münaqişədə bizim qarşımızda olması Azərbaycanı çox çətin duruma sala bilər", - Kamran Məmmədli qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026