• Bakı C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Ciankarlo Alberti: Çilinin Bakıda konsulluq şöbəsi açılacaq

SİYASƏT

09 Noyabr 2024 | 20:08

Ciankarlo Alberti: Çilinin Bakıda konsulluq şöbəsi açılacaq

Bu gün Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulub. Bu ay isə biz Çilinin Bakıda konsulluq şöbəsini açacağıq.

Bakıvaxtı.az Azərtaca istinadla xəbər verir ki, bu sözləri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilən tədbirdə söyləyib.

O bildirib ki, Çili Latın Amerikasının Azərbaycandan ən uzaq ölkəsi olduğuna görə, ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək asan məsələ olmayıb.

"Çilidən COP29-da iştirak üçün Azərbaycana 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir gələcək. Biz Azərbaycanı COP29 üçün dəstəkləyirik",- deyə Ciankarlo Alberti qeyd edib.


SON XƏBƏRLƏR

13 Dekabr 2024