• Bakı 18° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Ceyhun Bayramov Türkiyəyə helikopter qəzası ilə bağlı başsağlığı verib

SİYASƏT

09 Dekabr 2024 | 17:04

Ceyhun Bayramov Türkiyəyə helikopter qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İsparta şəhərində baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN başçısı "X"də yazıb.

"Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik".

Qeyd edək ki, Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində altı nəfər həlak olub. Helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.


SON XƏBƏRLƏR

23 Aprel 2025