• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hikmət Hacıyev İsrail XİN başçısı ilə Yaxın Şərqdən DANIŞDI

SİYASƏT

09 Dekabr 2024 | 19:09 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev İsrail XİN başçısı ilə Yaxın Şərqdən DANIŞDI

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman X sosial şəbəkə hesabında bildirib.

L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026