• Bakı 15° C

    1.74 m/s

"Laçın-Xankəndi yolunda hər hansı blokada yoxdur" - Prezident

SİYASƏT

23 Yanvar 2023 | 21:55 | Müəllif: Subhan Mahmudov

"Laçın-Xankəndi yolunda hər hansı blokada yoxdur" - Prezident

Laçın-Xankəndi yolunda hər hansı blokada yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026