• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ekoaksiyanın 73-cü günü: Tələb və şüarlar dəyişməzdir

SİYASƏT

22 Fevral 2023 | 08:48 | Müəllif: Qalib İbrahimoğlu

Ekoaksiyanın 73-cü günü: Tələb və şüarlar dəyişməzdir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 73-cü günüdür.

Adəti üzrə aksiya iştirakçıları növbəti günə də Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə baçşlayaraq, vətənpərvər ruhda mahnılar ifa ediblər.

İştirakçıların tələbi və aksiyada səsləndirilən şüarlar dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyilir, bunun dərhal dayandırılmasını tələb olunur.

İştirakçılar plakatlarda üzərində rus və ingilis dillərində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Təbiətin milləti yoxdur!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026