• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır"

SİYASƏT

21 Mart 2023 | 18:56

Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır

Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.


SON XƏBƏRLƏR