• Bakı 17° C

    7.15 m/s

Laçında 2 tondan çox çətənə kolu məhv edildi

CƏMİYYƏT

11 Iyun 2023 | 10:04 | Müəllif: Subhan Mahmudov

Laçında 2 tondan çox çətənə kolu məhv edildi

Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR