• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda yeni qurumlar yaradıldı

CƏMİYYƏT

11 Iyul 2023 | 09:44

Naxçıvanda yeni qurumlar yaradıldı

Naxçıvan Muxtar Respublikasında yeni qurumlar yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, "Naxçıvan Aqrar Xidmətlər Mərkəzi" publik hüquqi şəxsi, "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına "Araz" Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026