• Bakı 14° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Lavrov: Laçın dəhlizi ətrafındakı vəziyyəti ətraflı müzakirə etdik

CƏMİYYƏT

20 Mart 2023 | 17:10

Lavrov: Laçın dəhlizi ətrafındakı vəziyyəti ətraflı müzakirə etdik

“Biz Laçın dəhlizi ətrafındakı, ümumilikdə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması yollarını ətraflı müzakirə etdik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Üçtərəfli razılaşmaların bütün istiqamətlər üzrə danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini təsdiq etdik. Cənubi Qafqazda iqtisadi nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı görülən işlər nəzər alınaraq ümid edirik ki, üçtərəfli işçi qrupun həmsədrləri-baş nazirlərin müavinləri konkret razılığa gələ biləcəklər. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyətinin Rusiyanın məşvərətçi yardımı ilə aktivləşdirilməsinin tərəfdarıyıq. Rusiya tərəfindən İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazırlıq ifadə olunub”, deyə Rusiya XİN başçısı vurğulayıb.
 


SON XƏBƏRLƏR

19 May 2024