• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda fənlərin adı dəyişdirilməlidirmi?

CƏMİYYƏT

19 Aprel 2023 | 16:40 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda fənlərin adı dəyişdirilməlidirmi?

"Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir. Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu, tək bizdə yox, bir çox ölkələrdə də belədir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.

Nazirin bu açıqlaması əksəriyyətdə bir sual formalaşdırıb: Azətrbaycanda fənnlərin adı dəyişməlidirmi?

Təhsilin idarə edilməsi üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bəzi dərslərin adı dəyişilə, yeni fənlər əlavə oluna bilər: “Xüsusilə fundamental fənlər - Fizika, Kimya, Biologiya, Riyaziyyat həmin adda qalmalıdır. Amma 6, 7, 8-ci siniflərdə inkişaf etmiş ölkələrin təcrübəsində “Sosial elmlər” adı altında bir fənn var. Həmin fəndə Coğrafiya və Tarix siyasətlə birgə keçirilir. Məlumdur ki, artıq Azərbaycanda da bu təcrübə yavaş-yavaş yayılır. Təbiət fənni adı altında Kimya, Biologiya və Yer elmi birlikdə təqdim olunur. Bu fənn Azərbaycanda bütün məktəblərdə yavaş-yavaş tətbiq olunmalıdır. Çünki inteqrasiya olmadan insanlar elmləri parça-parça öyrənir və beləcə, bütövü başa düşmür”.

Onun sözlərinə görə, bundan əlavə, məsələn, ətraf mühit elmi adı altında bir dərs olmalıdır ki, dünyanın ən aktual problemi olan ekologiya, ətraf mühit probleminin həlli ilə bağlı şagirdlərdə erkən yaşlardan bilik əmələ gəlsin, müəyyən həll yolları ortaya çıxsın. Q.Məhərrəmov deyib ki, bu mənada, ətraf mühit elmi gələcəkdə ətraf mühit, ekologiya mühəndisliyi və s. bu kimi ixtisaslarda oxumaq istəyən tələbələrin orta məktəbdə alacağı bir dərs olmalıdır.

Ekspert qeyd edib ki, Kembric və beynəlxalq bakalavriat kurikulumunda biznes adlı dərs var: “Mütləq Azərbaycanda da ikişaf etmiş ölkələrdəki tendensiyaya uyğun olaraq bu dərs tətbiq olunmalıdır. Əlbəttə, ən yaxşı təcrübələrin hamısını öyrənmək məcburiyyətində deyilik, amma yavaş-yavaş Azərbaycan kontektsinı yavaş-yavaş tətbiq olunmalıdır. Yenə beynəlxalq bakalavriat proqramında tədqiqatla əlaqədar şagirdlərin bir iş yazmağı kredit olaraq gəlir və tələb olunur. Bu da gələcəkdə düşünülə bilər. Bundan əlavə, elm nəzəriyyəsi, yəni biliyin nəzəriyyəsi adı altında bir dərs var. Bu dərsdə də şagirdlər məlumatın mənbələrini, hansı məlumatın daha etibarlı ola biləcəyini öyrənir. Bu dərs şagirdlərdə yeni bir üfüq, dünyagörüşü əmələ gətirir”.

Müsahibimiz hesab edir ki, xüsusilə də ölkəmizdə, bu kimi dərslər olmalıdır ki, şagirdlərdə daha seçici bir təfəkkür meydana gəlsin, hər eşitdiyini qəbul etməsin, sorğulasın, özünəməxsus bir süzgəci olsun. Süzgəc isə, əlbəttə ki, biliksiz, fəlsəfəsiz, tənqidi düşüncəsiz əmələ gəlmir.

“Emin Əmrullayevin bu mənada dedikləri ilə razıyam, çünki dünyada bir çox yeni fənn əmələ gəlib, amma Azərbaycanda hələ bu fənnin adı belə eşidilmir”, - deyə Qoşqar Məhərrəmov qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026