• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Özəl sosial müdafiə fondları nə verəcək? - AÇIQLAMA

CƏMİYYƏT

19 May 2023 | 16:27 | Müəllif: Qalib İbrahimoğlu

Özəl sosial müdafiə fondları nə verəcək? - AÇIQLAMA

"Özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır".

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. Onun sözlərinə görə, Onun sözlərinə görə, artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır: "Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün təqdim olunacaq".

İqtisadçı-ekpsert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda çoxdandır özəl təqaüd fondlarının yaradılması ilə bağlı müzakirələr gedir: “İllərdir biz də media vasitəsilə təkliflərimizi vermişik. Özəl təqaüd fondlarının olması təqaüd sistemində ciddi rəqabətli mühit yarada bilər. Açığı, indiki təqaüd sistemi insanlarımızı o qədər də razı salmır. Təqaüd fonduna pul köçürmələrin könüllü yox, icbari olması müəyyən problemlər yaradır, xüsusən də, VÖEN-lə çalışanara. Çünki Dövlət Sosial Müdafiə Fonduna ödənişlər minimum əmək haqqına bağlı olduğu üçün minimum əmək haqqı artdıqca Sosial Müdafiə Fonduna köçürmələr də artır. Və yaxud da Dövlət Təqaüd Fondunda minimum təqaüd artan kimi yığım hissəsi avtomatik qanunvericiliyə uyğun olaraq yüksəlir. Bütün bu məsələlərə də yenidən baxılmalıdır”.

Ekspert qeyd edib ki, əvvəllər minimum əmək haqqı 240 manat idi, indi isə 280 manat oldu: “Avtomatik olaraq yığım həddi 40 mini keçdi. 40 min manatı keçəndən sonra vətəndaşlar normal təqaüd ala bilir. İndiki maaşları nəzərə alsaq, bu da çox yüksək məbləğdir. Ona görə də özəl təqaüd fondlarının vacibliyi rəqabətli mühit yarada biləcəksə, kifayət qədər effektiv ola bilər”.

Müsahibimiz bildirib ki, müqavilələr icbari yox, könüllü olmalı, fərdi qaydada bağlanmalıdır: “İndi bizdə Dövlət Təqaüd Fondu ilə fərdi müqavilı prinsipi yoxdur. Ona görə də, görək hansı təkliflər keçəcək, hansı qanun layihəsi müzakirəyə çıxarılacaq. Bundan sonra daha effektiv və ardıcıl danışaraq bu məsələni həll etmək olar”.

“İndiki ideyanın özü doğru ideyadır. Sadəcə bunun necə reallaşdırılması maraqlı məsələdir”, - deyə Natiq Cəfərli qeyd edib.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026