Son zamanlar sosial şəbəkələrdə tarot kartları ilə fala baxıb sevgi, pul, sağlıq və s. məsələlərlə bağlı vədlər verirlər. Bununla daha çox TikTok platformasında rastlaşırıq. Orada hədiyyə "jeton" qarşılığında insanlara gələcəklə bağlı xəbərlər verirlər.

İlahiyyatçı Elşad Miri
Mövzuyla bağlı ilahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a bildirib ki, hansı formada olur olsun, gələcəyi görmək mümkün deyil: “Bu, fırıldaqdır. Ümumiyyətlə, kartla, su ilə, Qurani-Kərimlə gələcəkdən xəbər vermək anlayışı heç bir formada mövcud deyil” deyən E.Miri qeyd edib ki, bu, sadəcə, fırıldaqçılıq məqsədi ilə insanları aldatmaqdan başqa bir şey deyil.
Müsahibimiz bildirib ki, həmin adalmlar Qurasnı açırlar, əgər cənnət ayələri ilə danışılırsa, xoş cümlələr yazılıbsa, deyir yaxşı olacaq. Həmin səhifədəki ayələrin sayını deyirlər, həmin rəqəmə uyğun gün il və s. deyirlər ki, filan tarixdə filan şey olacaq.
“Bunlar hamısı uydurmadır. Təəssüflər olsun ki, buna inananlar və müxtəlif formalarda həyata keçirənlər var",- deyə Elşad Miri əlavə edib.

Ekstrasens Peyman
Ekstrasens Peyman da Bakıvaxtı.az-a tarot falına baxanlara inanmadığını deyib. Onun sözlərinə görə, hansısa vasitələrlə gələcəkdən xəbər vermək falçılıqdı və onlara inanmaq doğru deyil.
Müsahibimiz bildirib ki, ekstrasenslər adla, şəkillə, doğum tarixi ilə baxıb öz hissiyatları çərçivəsində hiss etdiklərini deyirlər: “Yəni öncə görmə qabiliyyəti, altıncı hiss eksrasenslərə aiddir. Ancaq hansısa vasitələrlə kartla, Qurani-Kərimlə, su ilə və s. baxanlar da var ki, onlar falçılardır. Və onlara bir o qədər də inanmaq doğru deyil. Düz olacağını da heç güman etmirəm.
Ekstrasensin sözlərinə görə, kartla gələcək görmək olmaz. "Bir kartı qarışdırıb yenidən çəksən, başqası çıxacaq. Bu da o deməkdir ki, başqa-başqa proqnozlar çıxa bilər. Ümumiyyətlə, bunu doğru hesab etmirəm. Kartla baxıb gələcək haqqında heç bir proqnoz vermək olmaz".
Xəyalə Rza
















