• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Lavrov sərhəddə baş verənlərlə bağlı DANIŞDI

DÜNYA

26 Dekabr 2024 | 15:36

Lavrov sərhəddə baş verənlərlə bağlı DANIŞDI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə-Suriya sərhədində baş verənlərlə bağlı danışıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, nazir Türkiyənin Suriya sərhədində təhlükəsizliklə bağlı narahatlığını anladıqlarını bildirib:

"Biz diplomatik nümayəndəliyimiz vasitəsilə Suriyanın yeni administrasiyasının nümayəndələri ilə təmaslarımızı davam etdiririk. Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və səfirliyimizin təhlükəsiz fəaliyyəti ilə bağlı məsələlərdə məsləhətləşmələr aparırıq. Ümumiyyətlə, biz hər şeyə hazırıq. Rusiya ikitərəfli münasibətlərə aid digər məsələlər və regional gündəmdə olan məsələlər üzrə dialoqun tərəfdarıdır”. 

Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şaranın Rusiya ilə bağlı açıqlamalarını dəyərləndirən Lavrov qeyd edib: 

"Şara ölkələrimiz arasındakı əlaqələri uzunmüddətli və strateji xarakterli olaraq analiz edib. Biz bu yanaşmanı dəstəkləyirik. Suriya ilə əməkdaşlığı davam etdirməyə hazırıq".

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

26 Dekabr 2024