• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan: ""Soyqırımı"nın gündəmə haradan düşdüyünü anlamaq lazımdır"

DÜNYA

25 Yanvar 2025 | 14:03 | Müəllif: Gülşən Şərif

Paşinyan: ""Soyqırımı"nın gündəmə haradan düşdüyünü anlamaq lazımdır"

 "Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.

"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan bildirib.

Daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026