• Bakı 10° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Rusiyaya qarşı 16-cı sanksiyalar paketi təsdiqləndi

DÜNYA

24 Fevral 2025 | 12:20

Rusiyaya qarşı 16-cı sanksiyalar paketi təsdiqləndi

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynada müharibənin 3-cü ildönümü ilə əlaqədar Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" iki diplomata istinadən məlumat yayıb.

Yeni məhdudiyyətlər paketində ilkin alüminiumun idxalına qoyulan qadağa da yer alır.

Xəbər verildiyi kimi, məhdudiyyətlər 13 banka, eləcə də Aİ-nin Rusiyanın “kölgə” donanmasının bir hissəsi hesab etdiyi 73 gəmiyə şamil olunacaq. Ümumilikdə Rusiyanın 35 şirkəti və 48 fiziki şəxsinə qarşı sanksiyalar tətbiq olunacaq.

Bundan başqa, Aİ ölkələri xrom və bəzi kimyəvi maddələrin idxalını, həmçinin neft və qaz emalı zavodlarına xidmət göstərilməsini qadağan edəcək.


SON XƏBƏRLƏR

13 Mart 2025