• Bakı 12° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Yüzlərlə fələstinli HƏMAS-a qarşı etiraz aksiyası keçirib

DÜNYA

26 Mart 2025 | 12:17

Yüzlərlə fələstinli HƏMAS-a qarşı etiraz aksiyası keçirib

Yüzlərlə fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək "HƏMAS çıx!" şüarları ilə etirazını bildirib.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu, 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə son müharibəni başladan silahlı qruplaşmaya qarşı nadir ictimai etiraz nümayişidir.

Məlumata görə, Qəzzanın şimali ən çox dağıntıya məruz qalan ərazilərdəndir. Sıx məskunlaşmış ərazidəki binaların əksəriyyəti xarabalığa çevrilib və əhalinin çox hissəsi münaqişədən qaçmaq üçün dəfələrlə köçmək məcburiyyətində qalıb.


SON XƏBƏRLƏR

29 Mart 2025