• Bakı 13° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Macarıstanın XİN başçısı Moskvaya səfər edəcək

DÜNYA

26 Mart 2025 | 11:57

Macarıstanın XİN başçısı Moskvaya səfər edəcək

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün Moskvada sülhün təmin edilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

"Bugünkü danışıqlarımız sülh, təhlükəsizlik, enerji təchizatı və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövzuları əhatə edəcək", - nazir yazıb.

Onun sözlərinə görə, "ABŞ-Rusiya sülh danışıqları ötən gün yeni səviyyəyə çatıb və dünya yenidən daha təhlükəsiz olub".

P.Siyarto xatırladıb ki, üç il ərzində Macarıstan əlaqə kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR

28 Mart 2025