“Zelenski ölkəsini müdafiə etmək və ona rəhbərlik etmək üçün qaldı”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “The Daily Telegraph” qəzetinə müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
Zelenskinin sülh sazişinin olmamasında günahkar olub-olmadığı sualına cavab verərkən Starmer vurğulayıb:
“Xeyr. Münaqişənin ilk həftəsində Zelenskiyə öz ölkəsindən təhlükəsiz çıxış təklif edilmişdi. O isə ölkəsini müdafiə etmək və ona rəhbərlik etmək üçün qaldı, bunu üç ildən çox müddətdə cəsarət və dözümlülüklə etdi. Danışıqlar masasına oturmalı və atəşkəsə razılaşmalı olan məhz Rusiyadır”.
Eyni zamanda, Starmer ABŞ Prezidenti Donald Trampın bir sıra bəyanatları ilə razılaşmadığını qeyd edib.
Baş nazir Rusiya ilə hər hansı danışıq prosesi çərçivəsində Krımın rəsmi olaraq Rusiyaya məxsus olduğunu tanımaq barədə ABŞ-nin planlarını dəstəkləməkdən imtina edib.
“Bu məsələləri Ukrayna həll etməlidir. Başqa insanların Ukrayna adından qərar verməsi uyğun deyil. Rusiya bu şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır”, - Starmer bildirib.