Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib.
"Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır", - o qeyd edib.
Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın baş verib.