• Bakı 20° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Hindistan və Pakistan hərbçiləri arasında atışma olub

DÜNYA

25 Aprel 2025 | 09:13

Hindistan və Pakistan hərbçiləri arasında atışma olub

Cammu və Kəşmirdəki nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın PTI agentliyi mənbəyə istinadən bildirib.

“Nəzarət xəttinin bəzi yerlərində Pakistanın təşəbbüsü ilə atıcı silahlardan atəş açılıb. Atəşlərə effektiv cavab verilib”, – ordudakı mənbə deyib.

Tələfat barədə məlumat daxil olmayıb.

Agentliyin məlumatına görə, Pakistan ordusunun atəşə tutması 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumu ilə bağlı iki tərəf arasında gərginliyin artması fonunda baş verib.

Terror aktından sonra bölgədə də antiterror əməliyyatları aparılır. Hindistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, ötən gecə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub.


SON XƏBƏRLƏR

24 Aprel 2025