"Tehranın nüvə proqram ilə bağlı ABŞ-İran danışıqları uğurla gedir və razılığın əldə olunması çox sayda insanın həyatını xilas edə bilər".
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, bildirib ki, ABŞ ilə İran arasında çox ciddi görüşlər keçirilir.
"Düşünürəm ki, İranla razılaşmaya əsasən işlər bizim üçün çox yaxşı gedir", - prezident bildirib.
Qeyd edək ki, aprelin 19-da Romada İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün dolayı danışıqların ikinci raundu keçirib. Tərəflər bir sıra məsələlər üzrə daha geniş qarşılıqlı anlaşma əldə ediblər.
Gülşən Şərif