• Bakı 18° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Trampın “soyqırımı” ifadəsi işlətməməsi erməniləri hiddətləndirdi

DÜNYA

25 Aprel 2025 | 10:46

Trampın “soyqırımı” ifadəsi işlətməməsi erməniləri hiddətləndirdi

Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Prezidenti Donald Trampın aprelin 24-dəki müraciətində “soyqırımı” ifadəsindən istifadə etməməsindən hiddətlənib.

Bakıvaxtı.az xəbər verir ki, ANCA-nın rəhbəri Aram Ambaryan Trampın bu qərarını utancverici bir geri çəkilmə adlandırıb.

    O bildirib ki, Tramp "Türkiyənin təhdidlərinə boyun əyib və məsuliyyətdən yayınmağa çalışıb".

    Ambaryan, eyni zamanda, respublikaçıların “soyuq münasibətindən” gileylənərək demokratların dövründə Vaşinqtonun Ermənistana siyasi jestlər etdiyini və hüquqi çəkisi olmayan terminlərlə fəal şəkildə çıxış etdiyini xatırladıb.


    SON XƏBƏRLƏR