İngiltərə Kralı Çarlz və Kraliça Kamillanın Vatikana dövlət səfəri Papanın səhhəti ilə əlaqədar təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, 88 yaşlı Papa pnevmoniyaya yoluxduğu üçün 1 aydan çox xəstəxanada müalicə olunub və bazar günü evə buraxılıb. Həkimlərin məsləhəti ilə Papa hələ bir müddət istirahət etməlidir.
Çarlz və Kamillanın Vatikana səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb.