• Bakı 13° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

ABŞ Kəşfiyyatı: Çin ABŞ üçün daha böyük təhdiddir

DÜNYA

26 Mart 2025 | 11:23

ABŞ Kəşfiyyatı: Çin ABŞ üçün daha böyük təhdiddir

İstər hərbi, istərsə də kibertəhlükəsizlik cəhətdən Çin ABŞ üçün daha böyük təhdiddir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ənənəvi illik hesabatında yer alıb.

Sənəddə deyilir ki, hazırda rəsmi Pekin Tayvan əleyhinə yönələn planı çərçivəsində malik olduğu imkanları daha da genişləndirir.

Hesabatın maraq doğuran məqamlarından biri də Çin tərəfinin ABŞ-ın kibertəhlükəsizlik infrastrukturuna ciddi zərər vurmaq, eləcə də 2030-cu ilədək süni intellektdən daha geniş istifadə potensialının qeyd edilməsidir.

Bu arada, sözügeən idarənin rəhbəri Talsi Qabbard hesabatı şərh edib:

“Çinin Hərbi Komandanlığı hipersəsli silahlar da daxil olmaqla, getdikcə daha müasir arsenaldan, habelə radarlardan yayına bilən qırıcı təyyarələrdən istifadəni genişləndirir. Rəsmi Pekin həm də ən yeni Kosmik cihazların istehsalı ilə də məşğuldur. Daha bir məqam isə rəsmi Pekinin nəhəng nüvə arsenalına malik olmasıdır. Çin tərəfi ABŞ-nin əsas strateji rəqibidir”.


SON XƏBƏRLƏR

28 Mart 2025