• Bakı 13° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Portuqaliyada  6,5 ton kokain daşıyan gəmi saxlandı

DÜNYA

26 Mart 2025 | 10:00

Portuqaliyada  6,5 ton kokain daşıyan gəmi saxlandı

Portuqaliya polisi Avropaya gedən və göyərtəsində 6,5 ton kokain olan gəmi aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, gəmi Atlantik okeanında, Azor adalarından təqribən 500 dəniz mili aralıda beş ekipaj üzvü ilə birlikdə saxlanılıb. Polis onların beynəlxalq cinayət təşkilatının üzvləri olduğunu hesab edir.

Əməliyyatda polislə yanaşı, Portuqaliya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, həmçinin İspaniya Mülki Qvardiyası da iştirak edib.

Onlara ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Britaniya səlahiyyətliləri kömək edib. Əməliyyat bu yaxınlarda keçirilib, lakin onun dəqiq tarixi açıqlanmayıb.


SON XƏBƏRLƏR

28 Mart 2025