• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Aİ Rusiyaya uçuş qadağasını genişləndirdi

DÜNYA

24 Fevral 2025 | 13:04

Aİ Rusiyaya uçuş qadağasını genişləndirdi

Avropa İttifaqı (Aİ) xarici aviaşirkətlərin Rusiyanın daxilində uçuşlar həyata keçirməsini qadağan etdi.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı rəsmi açıqlamada bildirilir.

Məlumata görə, yeni sanksiyalar Rusiya ərazisində daxili reyslər icra edən xarici aviaşirkətləri hədəf alır. Bundan əlavə, Rusiya aviaşirkətlərinə aviasiya məhsulları tədarük edən şirkətlər də məhdudiyyətlərə məruz qalacaq. Bu aviaşirkətlərə Aİ hava məkanından istifadə qadağan ediləcək.

Qərar Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi 16-cı sanksiya paketi çərçivəsində verilib. Yeni məhdudiyyətlər həmçinin Rusiyanın “kölgə donanması” ilə əlaqəli gəmi sahiblərinə və ölkənin hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə şamil edilir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

15 Aprel 2025