• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Lefkoşada Azərbaycan bayrağı dalğalanacaq

SİYASƏT

24 Iyul 2025 | 16:57

Lefkoşada Azərbaycan bayrağı dalğalanacaq

Şimali Kipr Türk Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq.

Bunu Bakıvaxtı.az-a Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib.

Onun sözlərinə görə, mərkəzin tikintisi üçün Kipr Vəqflər İdarəsi torpaq sahəsi ayırıb.

O.Həsənoğlu deyib ki, rəhbərlik etdiyi cəmiyyət 2012-ci ildən Şimali Kipr Türk Respublikasında iki ölkə arasında çoxşaxəli fəaliyyətlər həyata keçirir:

“Uzun müddətdir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi üçün yer axtarırdıq. Nəhayət, bu yaxınlarda Kipr Vəqflər İdarəsi Şimali Kipr Türk Cümhuriyyətində tikəcəyimiz ATA Mağarası üçün torpaq ayırdı. Lefkoşanın mərkəzində - Küçük Kaymaklıda hamınızın eviniz olacaq”.

Cəmiyyət sədri qeyd edib ki, bu, təkcə Azərbaycan Mədəniyyət Mərkəzi yox, bütün türk xalqlarının evinə çevriləcək:

“Hərtərəfli planlaşdırılmış fəaliyyətlərimizi buradan idarə edəcəyik. Gələcəkdə rəsmi nümayəndəliyimizin Lefkoşada açılacağına olan qətiyyətimiz və inamımız hər gün daha da güclənir”.

O, Azərbaycan-Kıbrıs Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyevin  və onu müşayiət edən deputatların əraziyə baxış keçirdiyini, tövsiyə və xeyir-dualarını verdiklərini xatırladıb:

“Bu qərarın qəbul edilməsində Vəqflər İdarəsi Müdiri Prof.Dr. Mustafa Tümer olmaqla, əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.

Murad Məmmədli


SON XƏBƏRLƏR

25 Iyul 2025