• Bakı 12° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Lənkəranda işıq kəsiləcək

CƏMİYYƏT

26 Noyabr 2025 | 08:52

Lənkəranda işıq kəsiləcək

Lənkəranın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bu gün 10 kV-luq 4 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhər ərazisində Müzəffər Nəsirli, Vaqif, Hacılar, Hacı Zeynalabidin Tağıyev, Sabir küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

25 Noyabr 2025